“Neftçi Arena” stadionunun ot örtüyünün yararsız hala düşməsini, stadionda aparılan bərpa işlərini, “Neftçi” Peşəkar Futbol Klubunun rəsmi müraciətini, “Şamaxı” Peşəkar Futbol Klubunun rəsmi razılığını nəzərə alan Peşəkar Futbol Liqası Misli Premyer Liqasının 3-cü və 5-ci turları ilə bağlı aşağıdakı dəyişikliklər barədə qərar qəbul edib:
* Misli Premyer Liqasının 3-cü turunun “Neftçi” - “Sabah” oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi “Neftçi Arena”da deyil, “Liv Bona Dea Arena”da baş tutacaq. Oyunun günü, vaxtı ilə bağlı dəyişiklik yoxdur.
* Misli Premyer Liqasının 5-ci turunun “Neftçi” - “Şamaxı” oyunu ilə 13-cü turun “Şamaxı” – “Neftçi” oyununun yeri dəyişdirilir, qeyd olunan dəyişiklik klubların əvəzedici heyətlərinin oyununa şamil edilmir.
* “Neftçi Arena” stadionunda ot örtüyünün bərpa işləri 7-ci turda keçiriləcək “Qarabağ”la oyuna qədər yekunlaşacaq.
|