Topaz
Premyer Liqasının 20-ci turuna “Simurq” – “Neftçi” oyunu ilə yekun vuruldu. Rəqibini
səfərdə 2-0 hesabı ilə məğlub edən “Neftçi” ikinci pillədə möhkəmləndi.
Böyükağa
Hacıyev, “Neftçi” klubunun baş məşqçisi: “Çox maraqlı oyun oldu. Rəqib oyun
boyu qapımızda yüz faizlik epizod yarada bilmədi. İkinci hissədə üç real qol
imkanından yararlana bilmədik. Üç xalı əldə etdik. Azərbaycanda “Neftçi”yə rəqib
ancaq “Neftçi” özüdür”.
Georgi
Çixradze, “Simurq” klubunun baş məşqçisi: “Daha aktiv oynamalı idik, amma bunu
bacarmadıq. İki səhv buraxıb qapımızda iki qol gördük. Bundan sonra komandaya
oynamaq çətin idi. İkinci hissədə daha cəld oynamağa çalışsaq da, bu, bir nəticə
vermədi”.
|