Avrokuboklarda çıxış edən komandalarımızın növbəti mərhələdəki potensial rəqibləri müəyyənləşib.
“Qarabağ” Çempionlar Liqasının III təsnifat mərhələsində “Ludoqorets”i məğlub edəcəyi təqdirdə pley-of mərhələsində Xorvatiyanın “Dinamo” klubu ilə qarşılaşacaq.
“Zirə” Konfrans Liqasının III təsnifat mərhələsində “Osiyek”i mübarizədən kənarlaşdırsa, pley-ofda “Omoniya” (Kipr) – “Fehervar” (Macarıstan) cütünün qalibinə rəqib olacaq.
“Sabah” Konfrans Liqasının III təsnifat mərhələsində “St Patriks”i yensə, pley-ofda “İberiya” (Gürcüstan) – “Başakşehir” (Türkiyə) cütünün qalibi ilə görüşəcək.
|