![](uploads/99725DSC_5810 copy.jpg) Misli Premyer Liqasında XXXVI turun oyunlarını 24300 tamaşaçı izləyib. Bu, mövsümün mütləq rekordudur. Bunadək ən yüksək göstərici XXXII tura təsadüf edib – 13800 izləyici.
Ümumilikdə isə çempionatın 180 matçında 276 min 487 seyrçi olub. Orta hesabla hər oyunu 1536 tamaşaçı izləyib.
XXXII turun “Sumqayıt” – “Qarabağ” və XXXVI turun “Sumqayıt” – “Qəbələ” görüşlərini rekord sayda – 9300 izləyici seyr edib. XXI turun “Sumqayıt” – “Neftçi” qarşılaşmasında bu rəqəm 8100-ə bərabər olub.
Ən çox tamaşaçı toplayan üç oyuna “Sumqayıt” ev sahibliyi etsə də, mövsümün ən çox seyrçi toplayan komandası “Turan Tovuz” olub. Bu göstəricidə “Neftçi” üçüncüdür.
yer
|
komanda
|
oyun
|
tamaşaçı
|
Orta
|
1
|
Turan Tovuz
|
18
|
73900
|
4106
|
2
|
Sumqayıt
|
18
|
51516
|
2862
|
3
|
Neftçi
|
18
|
31321
|
1740
|
4
|
Sabah
|
18
|
26997
|
1500
|
5
|
Qarabağ
|
18
|
22628
|
1257
|
6
|
Zirə
|
18
|
20200
|
1122
|
7
|
Kəpəz
|
18
|
14615
|
812
|
8
|
Səbail
|
18
|
14190
|
788
|
9
|
Qəbələ
|
18
|
10730
|
596
|
10
|
Araz-Naxçıvan
|
18
|
10390
|
577
|
|
Cəmi
|
180
|
276487
|
1536
|
|