Bu gün Misli Premyer Liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasimi baş tutub. "Azersun Arena"da keçirilmiş tədbirdə yarışın qalibi “Qarabağ” komandasına qızıl medallar və çempionluq kuboku təqdim edilib. 8 tur əvvəl çempionluğu təmin etmiş komandaya qızıl medalları AFFA prezidenti Rövşən Nəcəf, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim ediblər. Ardınca “Qarabağ” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.
|