Misli Premyer Liqasında XXXVI turun “Araz-Naxçıvan” – “Qarabağ” (2:2) görüşünün ardınca keçirilən mükafatlandırma mərasimində turnirin bombardirinə xüsusi hədiyyə təqdim olundu. “Qarabağ”ın hücumçusu Olavio Juninyo 20 qolla Misli Premyer Liqasında 2023/2024-cü illər mövsümünün ən sərrast futbolçusu seçildi. Ona mükafatı AFFA prezidenti Rövşən Nəcəf, AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim ediblər.
|