Bu gün futbol üzrə Azərbaycan Əvəzedicilər liqasında 2023/2024 mövsümünün mükafatlandırma mərasimi baş tutub. "Neftçi Arena"da keçirilmiş tədbirdə turnirin qalibi “Neftçi-2” komandasına qızıl medallar və çempionluq kuboku təqdim edilib. Komandaya qızıl medalları Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov, PFL prezidentinin idman işləri üzrə müşaviri Məlik Həsənov və "Neftçi" klubunun Baş icraçı direktoru Fərrux Mahmudov təqdim ediblər. Ardınca “Neftçi-2” komandası çempionluq kubokunu başı üzərinə qaldırıb.
|