![](uploads/201009377393546PFL məlumat sayt.jpeg) "Qarabağ" və "Zirə" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final matçı və öncəsindəki tədbirlərdə rahat şəkildə iştirakın təmin edilməsi məqsədilə media nümayəndələri üçün nəqliyyat vasitəsi ayrılacaq.
Oyunöncəsi mətbuat konfransları və açıq məşqlərdə iştirak üçün 1 iyun tarixində saat 15:30-da metronun Koroğlu stansiyasının qarşısından (“Piramida”nın arxasından) “Baku Bus” MMC-yə məxsus ödənişsiz avtobus “Liv Bona Dea Arena”ya yola düşəcək. Geri dönüş isə saat 19:00-da olacaq. Media nümayəndələri mövsümlük akkreditasiyalarını təqdim etməklə nəqliyyat vasitəsinin xidmətindən yararlana bilərlər.
Oyun günü, yəni 2 iyun tarixində də media təmsilçiləri üçün avtobus ayrılacaq. 18:00-da metronun Koroğlu stansiyasının qarşısından “Liv Bona Dea Arena”ya üz tutacaq avtobus matçın və mükafatlandırma mərasiminin bitmə saatına uyğun olaraq əks istiqamətdə çıxış edəcək.
|