![](uploads/90329DSC_4637 copy.jpg) I Liqada çempion müəyyənləşib. “Şamaxı” tarixində ilk dəfə aşağı dəstənin qalibi olub. Ramiz Məmmədovun baş məşqçisi olduğu komanda sonuncu – XXVII turda qızıl medalı rəsmiləşdirib. Şamaxının eyniadlı təmsilçisi evdə “Araz Saatlı”ya qalib gəlib - 3:1. Bununla da xal hesabını 57-yə çatdıran bölgə təmsilçisi 1-ci yeri tutub. “Şamaxı” müxtəlif illərdə I dəstə və I divizion adlanan I Liqada çempionluq yaşayan 26-cı komandadır. Onlardan 5-i - “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” iki, digər 21-i hərəyə 1 dəfə çempion olub. 1993/94 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/98, 1998/99, 2002/03 mövsümlərində yarış keçirilməyib. Qeyd edək ki, turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.
I Liqanın qalibləri
1992. ANS Pivani (Bakı) 1993. "Xəzri" (Buzovna) 1993/94. "Azneftyağ" (Bakı) və "Zabrat" 1994/95. "Şəmkir" 1995/96. "Xəzər" (Sumqayıt) 1996/97. "Göyçay" 1999/2000. "Şahdağ" (Quba) 2000/01. MOİK (Bakı) 2001/02. "Lokomotiv" (İmişli) 2003/04. "Gənclərbirliyi" (Sumqayıt) 2004/05. "Şüvəlan" (Bakı) 2005/06. "Qəbələ" 2006/07. "Masallı" 2007/08. "Bakılı" 2008/09. ABN (Bərdə) 2009/10. "Kəpəz" (Gəncə) 2010/11. "Abşeron" (Bakı) 2011/12. "Qaradağ Lökbatan" (Bakı) 2012/13. "Ağsu" 2013/14. "Araz Naxçıvan" 2014/15. "Neftçala" 2015/16. "Neftçala" 2016/17. "Turan Tovuz" 2017/18. "Xəzər" (Bakı) 2018/19. MOİK (Bakı) 2019/20. "Turan Tovuz" 2020/21. "Neftçi-2" (Bakı) 2021/22. "Qaradağ Lökbatan" (Bakı) 2022/23. "Araz Naxçıvan" 2023/24. "Şamaxı"
|