![](uploads/51145ffff.jpg) Futbol üzrə Azərbaycan II Liqada XXVI turun “Şəfa” – “Baku Sportinq” (0:4) görüşünün ardınca keçirilən mükafatlandırma mərasimində turnirin gümüş mükafatçısı “Cəbrayıl” komandasına medallar təqdim edilib. Son turda 2-ci olacağı dəqiqləşmiş komandaya gümüş medalları Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və prezidentin idman işləri üzrə müşaviri Məlik Həsənov təqdim ediblər.
|