![](uploads/xlinter.jpg) Topaz
Premyer Liqasının 19-cu turuna “Xəzər Lənkəran” – “İnter” oyunu ilə yekun
vuruldu. Gərgin idman mübarizəsi şəraitində keçən oyun paytaxt klubunun 3-2
hesablı qələbəsi ilə başa çatdı.
Kaxaber
Sxadadze, “İnter” klubunun baş məşqçisi: “Lənkəranda oynamaq həmişə xoşdur. Stadiona
toplaşan çoxsaylı azarkeşlər oyuna yaraşıq qatırlar. Oyuna yaxşı başladıq, ilk
qolu asanlıqla vurduq. Əks-hücumlarda çox oynadıq, rəqibin boşluqlarından
istifadə etdik. Hesabda irəli olduqdan sonra “Xəzər Lənkəran” uzun ötürmələrlə
oynamağa başladı, lakin, bu, əhəmiyyətsiz oldu”.
Karles
Bakes, “Xəzər Lənkəran” klubunu baş məşqçisi: “Oyuna yaxşı başlamadıq. İlk qolda “İnter”in oyunçusu sərbəst qaldı,
rahatlıqla zərbəni qapıya vurdu, qol oldu. Oyunçularımızda mübarizə vaxtı sərtlik
yox idi. İki fərqli hissə oynadıq. İkinci hissədə daha yaxşı oyun göstərdiyimizi
düşünürəm”.
|