![](uploads/86350PFL yaşıl loqo.png) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqası XXV tur
02.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXV turun “Zirə” – “Turan Tovuz” oyununun 43-cü dəqiqəsində “Zirə” klubunun 70 nömrəli futbolçusu İssa Cibrila rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Zirə” klubu 800 manat cərimə edilir (maddə 41);
03.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXV turun “Qəbələ” – “Səbail” oyununun 40-cı dəqiqəsində “Qəbələ” klubunun 4 nömrəli futbolçusu Lukas Afriko rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 41);
03.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXV turun “Neftçi” – “Qarabağ” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);
03.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXV turun “Neftçi” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);
03.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXV turun “Neftçi” – “Qarabağ” oyununun 63-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
03.03.2024-cü il tarixində Misli Premyer Liqasında XXV turun “Neftçi” – “Qarabağ” oyunundan əvvəl “Qarabağ” klubunun azarkeşləri tərəfindən rəqib komandanın futbolçusunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Qarabağ” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
Əvəzedicilər liqası XXV tur
03.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXV turun “Sabah-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);
03.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXV turun “Zirə-2” – “Turan Tovuz-2” oyununda “Zirə-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37);
03.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXV turun “Zirə-2” – “Turan Tovuz-2” oyununun 84-cü dəqiqəsində “Turan Tovuz-2” komandasının 83 nömrəli futbolçusu Hüseyn Hüseynov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Turan Tovuz-2” komandası 80 manat cərimə edilir (maddə 41);
04.03.2024-cü il tarixində Əvəzedicilər liqasında XXV turun “Neftçi-2” – “Qarabağ-2” oyununda “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi-2” komandası 70 manat cərimə edilir (maddə 37).
|