![](uploads/45835PFL yaşıl loqo.png) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqası XXIV tur
23.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIV turun “Kəpəz” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilir (maddə 37);
23.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIV turun “Kəpəz” – “Qəbələ” oyununda “Qəbələ” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə, və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Qəbələ” klubuna xəbərdarlıq edilir (maddə 43.7, 11);
24.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIV turun “Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz” klubunun azarkeşi tərəfindən meydançaya kənar əşya atıldığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 52.1);
24.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIV turun “Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələrin səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə yaşandığına görə “Turan Tovuz” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
24.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIV turun “Turan Tovuz” – “Neftçi” oyununda qonaq komandanın azarkeşlərinin olduğu sektorda sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər “Neftçi” klubu tərəfindən ödənilsin (maddə 54.2);
24.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXIV turun “Səbail” – “Sabah” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);
I Liqa XV tur
21.02.2024-cü il tarixində I Liqada XV turun MOİK – “Qaradağ Lökbatan” oyununun 90+1-ci dəqiqəsində MOİK klubunun məşqçisi Orxan Səfiyarov hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanır, MOİK klubu 400 manat cərimə edilir (maddə 43.4);
21.02.2024-cü il tarixində I Liqada XV turun MOİK – “Qaradağ Lökbatan” oyununun 90+4-cü dəqiqəsində MOİK klubunun 5 nömrəli futbolçusu Nazim Məmmədzadə qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalanır, MOİK klubu 200 manat cərimə edilir (maddə 43.1);
21.02.2024-cü il tarixində I Liqada XV turun MOİK – “Qaradağ Lökbatan” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə MOİK klubu 80 manat cərimə edilir (maddə 73.1);
21.02.2024-cü il tarixində I Liqada XV turun MOİK – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun futbolçuları meydançanın kənarında isinmə hərəkəti zamanı qaydaları pozduğuna görə “Qaradağ Lökbatan” klubu 50 manat cərimə edilir (maddə 53.7);
21.02.2024-cü il tarixində I Liqada XV turun MOİK – “Qaradağ Lökbatan” oyununun 90+8-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 19 nömrəli futbolçusu Rayan Quibero rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 41);
21.02.2024-cü il tarixində I Liqada XV turun “Karvan” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);
21.02.2024-cü il tarixində I Liqada XV turun “Karvan” – “Araz Saatlı” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Karvan” klubu 50 manat cərimə edilir (maddə 70.1);
22.02.2024-cü il tarixində I Liqada XV turun “İrəvan” – “Mingəçevir” oyununda “İrəvan” klubu protokolu PFL-in elektron bazasında gec təsdiq etdiyinə görə “İrəvan” klubu 100 manat cərimə edilir (maddə 91);
22.02.2024-cü il tarixində I Liqada XV turun “İrəvan” – “Mingəçevir” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “İrəvan” klubu 80 manat cərimə edilir (maddə 74.1);
22.02.2024-cü il tarixində I Liqada XV turun “Zaqatala” – “İmişli” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 73.1);
22.02.2024-cü il tarixində I Liqada XV turun “Zaqatala” – “İmişli” oyununda “İmişli” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “İmişli” klubu 70 manat cərimə edilir (maddə 37).
|