![](uploads/66332PFL yaşıl loqo.png) İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqası XXII tur
12.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Səbail” oyununda “Kəpəz” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);
12.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Səbail” oyununun fasiləsində “Kəpəz” klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov hakimin qərarına etiraza görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 42.2);
12.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Kəpəz” – “Səbail” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilir (maddə 37);
13.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Araz-Naxçıvan” – “Neftçi” oyununun fasiləsində “Araz-Naxçıvan” klubunun məşqçisi Vadar Nuriyev hakimin qərarına etiraza görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Araz-Naxçıvan” klubu 1500 manat cərimə edilir (maddə 42.3);
13.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə aldığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);
13.02.2024-cü il tarixində Misli Premyer Liqasında XXII turun “Araz-Naxçıvan” – “Neftçi” oyununun 90+3-cü dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Neftçi” klubu 1000 manat cərimə edilir (maddə 43.7);
I Liqa XIV tur
15.02.2024-cü il tarixində I Liqada XIV turun “Araz Saatlı” – “Zaqatala” oyununda “Araz Saatlı” klubunun 6 futbolçusu sarı vərəqə aldığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);
15.02.2024-cü il tarixində I Liqada XIV turun “Araz Saatlı” – “Zaqatala” oyununda “Araz Saatlı” klubunun baş məşqçisi Rüfət Quliyevin “A buraxılışı” vəsiqəsi olmadığına görə “Araz Saatlı” klubu 50 manat cərimə edilir (maddə 51.8);
Əvəzedicilər liqası XXII tur
13.02.2024-cü il tarixində Əvəzedicilər liqasında XXII turun “Kəpəz-2” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail-2” komandası 70 manat cərimə edilir (maddə 37);
13.02.2024-cü il tarixində Əvəzedicilər liqasında XXII turun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);
15.02.2024-cü il tarixində Əvəzedicilər liqasında XXII turun “Zirə-2” – “Sumqayıt-2” oyununun 90+3-cü dəqiqəsində “Zirə-2” komandasının 87 nömrəli futbolçusu İlqar Əhmədov ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Zirə-2” komandası 50 manat cərimə edilir (maddə 36.5).
|