![](uploads/35315_DSC9449 copy.jpg) “Neftçi” Azərbaycan Kubokunda 40-cı səfər qələbəsini qazanıb. Bu, 1/4 final mərhələsinin ilk oyununa təsadüf edib. Miodraq Bojoviçin ölkə kubokundakı debüt matçında onun yetirmələri “Sumqayıt”a qalib gəlib – 3:2. Bununla da paytaxt təmsilçisi 1992-ci ildən keçirilən yarışda çıxdığı 79-cu səfər görüşündə 40-cı qələbəsini əldə edib. Qeyd edək ki, “Neftçi” Azərbaycan kuboku tarixində rəqib meydanında ən çox qələbə qazanan komandadır.
|