İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Əvəzedicilər liqası XIX tur
23.01.2024-cü il tarixində Əvəzedicilər liqasının XIX turunun “Kəpəz-2” – “Turan Tovuz-2” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Kəpəz-2” komandası 50 manat cərimə edilir (maddə 70.1);
23.01.2024-cü il tarixində Əvəzedicilər liqasının XIX turunun “Səbail-2” – “Zirə-2” oyununun 54-cü dəqiqəsində “Səbail-2” komandasının 94 nömrəli futbolçusu Fərid Şahhüseyni ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Səbail-2” komandası 150 manat cərimə edilir (maddə 39.1);
23.01.2024-cü il tarixində Əvəzedicilər liqasının XIX turunun “Səbail-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Zirə-2” komandası 70 manat cərimə edilir (maddə 37);
25.01.2024-cü il tarixində Əvəzedicilər liqasının XIX turunun “Qəbələ-2” – “Sumqayıt-2” oyununun 55-ci dəqiqəsində “Qəbələ-2” komandasının 77 nömrəli futbolçusu Okan Təhməzli ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qəbələ-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
25.01.2024-cü il tarixində Əvəzedicilər liqasının XIX turunun “Qəbələ-2” – “Sumqayıt-2” oyununun 90+3-cü dəqiqəsində “Qəbələ-2” komandasının 30 nömrəli futbolçusu Şahin Şahniyarov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Qəbələ-2” komandası 150 manat cərimə edilir (maddə 39.1);
25.01.2024-cü il tarixində Əvəzedicilər liqasının XIX turunun “Qəbələ-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sumqayıt-2” komandası 70 manat cərimə edilir (maddə 37).
|