Gəncənin “Kəpəz” klubu Azərbaycan çempionatları tarixində özünün 800-cü qolunu vurub. Unibank Premyer Liqasının XXII turunun “Simurq”la qarşılaşmasının 34-cü dəqiqəsində hesabı açan Şahin Kərimov bu tarixi qolun müəllifi olub.
Bununla da “Kəpəz” çempionatda 800 qol səddini adlayan 2-ci komanda olub. Belə ki. Bütün çempionatların iştirakçısı olmuş və gəncəlilərlə müqayisədə Premyer Liqada daha çox mövsüm çıxış etmiş 3 komandadan – “Neftçi”, “Qarabağ” və “Turan” – yalnız “Neftçi” “Kəpəz”dən çox qol vurub. 4 mövsüm Premyer Liqadan kənarda qalan Gəncə klubu “Simurq”la oyunda qol sayını 801-ə çatdırıb. Bu qollar 414 matçda vurulub. Düzdür, turnir cədvəllərinə əsasən “Kəpəz” 439 matçda 864 qol vurub. Lakin texniki nəticənin qeydə alındığı 25 görüş top sayında nəzərə alınmır.
|