 Futbol üzrə Azərbaycan Kubokunda 2023/24-cü illər mövsümündə II təsnifat mərhələsinin oyun cədvəli müəyyənləşdi.
28 noyabr (çərşənbə axşamı)
“Karvan” – “Difai Ağsu” Yevlax şəhər stadionu, 13:30 (canlı, “CBC Sport”)
“Araz Saatlı” – “İrəvan” Saatlı OİK stadionu, 13:30 (canlı, “AzPFL”)
MOİK – “Cəbrayıl” Binə qəsəbə stadionu, 13:30 (canlı, “AzPFL”)
“Şəfa” – “Səbail” “ASCO Arena”, 15:00 (canlı, “AzPFL”)
“Turan Tovuz” – “Göygöl” Tovuz şəhər stadionu, 17:00 (canlı, “CBC Sport”)
29 noyabr (çərşənbə)
“Şahdağ Qusar” – “Qaradağ Lökbatan” Şamaxı OİK stadionu, 13:30 (canlı, “AzPFL”)
“Kəpəz” – “Baku Sportinq” Tovuz şəhər stadionu, 13:30 (canlı, “CBC Sport”)
“Kür-Araz” – “Araz-Naxçıvan” “Dalğa Arena”, 15:00 (canlı, “AzPFL”)
“Lerik” – “Sumqayıt” “Kapital Bank Arena”, 18:00 (canlı, “CBC Sport”)
30 noyabr (cümə axşamı)
“Zaqatala” – “Şamaxı” Zaqatala OİK stadionu, 13:30 (canlı, “AzPFL”)
“İmişli” – “Mingəçevir” İmişli şəhər stadionu, 13:30 (canlı, “CBC Sport”)
Qeyd: “Lerik”, “Kür-Araz” və “Şəfa” klubları Əsasnamə tələbinə əsasən ya standartlara cavab verən stadion təmin etməli, ya da səfərdə oynamalı idilər. Adıçəkilən klublar PFL-ə rəsmi şəkildə səfər komandası kimi oynamaqla bağlı bildiriş ünvanlayıblar.
|