Unibank
Premyer Liqasının XXII turunda “Qarabağ” Ağdamda AZAL klubu ilə qarşılaşdı. Oyunun sonlarına
yaxın Rauf Əliyevin vurduğu qolla rəqibini 1:0 hesabı ilə məğlub edən “Qarabağ” növbəti 3 xalı aktivinə yazdı.
Rafiq Mirzəyev, AZAL klubunun baş məşqçisi: “İlk hissədə daha yaxşı oynadıq. Bir neçə real qol imkanımız olsa da,
bundan istifadə edə bilmədik. Oyunun gedişində Zohair Benouahi və Aqil Nəbiyevin zədələnməsi komandalarının oyununa təsirini göstərdi”.
Qurban Qurbanov, “Qarabağ” klubunun baş məşqçisi: “Bu oyun AZAL-ın ilk
altılığa düşmək üçün son şansı idi, buna görə də rəqibimiz sona qədər mübarizə apardı. AZAL oyuna çox yaxşı
hazırlaşmışdı. Komandamın oyunundan razı qaldım. Sona qədər mübarizə aparıb çox vacib üç xalı
qazandıq”.
|