İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
15.09.2023-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Zirə” – “Sumqayıt” oyununda “Zirə” klubunun 15 nömrəli futbolçusu Pyer Zebli ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Zirə” klubu 1500 manat cərimə edilir (maddə 39.1);
15.09.2023-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Zirə” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun baş məşqçisi Samir Abasov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Sumqayıt” klubu 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.4, 32);
15.09.2023-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Zirə” – “Sumqayıt” oyununda meydan sahibi klubun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Zirə” klubu 800 manat cərimə edilir (maddə 52.1);
15.09.2023-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Zirə” – “Sumqayıt” oyununda qonaq komandanın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 52.1);
16.09.2023-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Araz-Naxçıvan” – “Neftçi” oyununda “Araz-Naxçıvan” klubunun 42 nömrəli futbolçusu Kadiri Mohammed ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Araz-Naxçıvan” klubu 500 manat cərimə edilir (maddə 36.5);
16.09.2023-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Kəpəz” – “Səbail” oyununda PFL-in Əsasnaməsinin tələbləri pozulduğuna görə (internetin olmamasına görə) “Kəpəz” klubuna xəbərdarlıq edilir (maddə 11);
17.09.2023-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Turan Tovuz” – “Qəbələ” oyununda “Turan Tovuz” klubunun baş məşqçisi Ayxan Abbasov “A buraxılışı” vəsiqəsindən istifadə etmədiyinə görə “Turan Tovuz” klubu 500 manat cərimə edilir (maddə 51.8);
17.09.2023-cü il tarixində Misli Premyer Liqasının VI turunun “Turan Tovuz” – “Qəbələ” oyununun 30-cu dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Xaqani Məmmədov ikinci sarı vərəqədən qırmızı vərəqə aldıqdan sonra baş hakimi təhqir etdiyinə görə 2 oyun şərti olmaqla 5 oyun cəzalanır, “Qəbələ” klubu 4000 manat cərimə edilir. Sınaq müddəti 3 ay təyin edilir (maddə 43.4, 32);
13.09.2023-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Mingəçevir” oyununda “Karvan” klubunun 88 nömrəli futbolçusu Müşfiq Teymurov rəqib azarkeşlərə qarşı qeyri-etik jest etdiyinə görə 4 oyun cəzalanır, “Karvan” klubu 350 manat cərimə edilir (maddə 43.5);
13.09.2023-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Mingəçevir” oyununun 65-ci dəqiqəsində “Mingəçevir” klubunun 22 nömrəli qapıçısı Elçin Qasımov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanır, “Mingəçevir” klubu 300 manat cərimə edilir (maddə 40.3);
13.09.2023-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Mingəçevir” oyununun 67-ci dəqiqəsində “Mingəçevir” klubunun 95 nömrəli futbolçusu Elvin Əlizadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra oyunun rəsmi şəxslərini təhqir etdiyinə görə 4 oyun cəzalanır, “Mingəçevir” klubu 300 manat cərimə edilir (maddə 43.3);
13.09.2023-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Mingəçevir” oyununun 67-ci dəqiqəsində “Mingəçevir” klubunun məşqçisi Sönməz Quliyev meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Mingəçevir” klubu 150 manat cərimə edilir (maddə 42.3);
13.09.2023-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Mingəçevir” klubu 80 manat cərimə edilir (maddə 52.1);
13.09.2023-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlədildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Mingəçevir” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
13.09.2023-cü il tarixində I Liqanın I turunun “Karvan” – “Mingəçevir” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);
14.09.2023-cü il tarixində I Liqanın I turunun “Zaqatala” – “İrəvan” oyununda xərəkdaşıyan uşaqların sayı ilə bağlı əsasnamənin tələbləri pozulduğuna görə “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 74.1);
14.09.2023-cü il tarixində I Liqanın I turunun “Araz Saatlı” – “İmişli” oyununda “Araz Saatlı” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz Saatlı” klubu 70 manat cərimə edilir (maddə 37);
15.09.2023-cü il tarixində I Liqanın I turunun “Qaradağ Lökbatan” – “Şamaxı” oyununda “Şamaxı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şamaxı” klubu 70 manat cərimə edilir (maddə 37);
15.09.2023-cü il tarixində I Liqanın I turunun “Qaradağ Lökbatan” – “Şamaxı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin olunmuş vaxtdan gec gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilir (maddə 72.4);
15.09.2023-cü il tarixində I Liqanın I turunun “Qaradağ Lökbatan” – “Şamaxı” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 100 manat cərimə edilir (maddə 77.1);
15.09.2023-cü il tarixində I Liqanın I turunun “Qaradağ Lökbatan” – “Şamaxı” görüşündə PFL-in Əsasnaməsinin tələbləri pozulduğuna görə “Qaradağ Lökbatan” klubu 50 manat cərimə edilir (maddə 70.1).
17.09.2023-cü il tarixində Əvəzedicilər liqasının VI turunun “Araz-Naxçıvan-2” – “Neftçi-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);
17.09.2023-cü il tarixində Əvəzedicilər liqasının VI turunun “Kəpəz-2” – “Səbail-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin olunmuş vaxtdan gec gəldiyinə görə “Kəpəz-2” komandası 100 manat cərimə edilir (maddə 72.4);
18.09.2023-cü il tarixində Əvəzedicilər liqasının VI turunun “Qarabağ-2” – “Sabah-2” oyununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qarabağ-2” komandası 70 manat cərimə edilir (maddə 37);
18.09.2023-cü il tarixində Əvəzedicilər liqasının VI turunun “Qarabağ-2” – “Sabah-2” görüşünün təşkilində problemlər yarandığından oyun gec başladığına görə “Qarabağ-2” komandası 50 manat cərimə edilir (maddə 70.1)
|