 Peşəkar Futbol Liqası və “Misli” “ayın qolu” layihəsinə start verir. Layihə çərçivəsində avqust ayı da daxil olmaqla mövsüm ərzində hər ay PFL tərəfindən Misli Premyer Liqasında ayın “TOP-5” qolu müəyyənləşdiriləcək. Ardınca həmin qollar PFL-in rəsmi feysbuk hesabında paylaşılacaq. İzləyicilər ən çox bəyəndikləri qolu emojilər vasitəsilə seçə biləcəklər. Nəticələr video paylaşıldıqdan 3 gün sonra elan ediləcək. Qalibə “Misli” və PFL tərəfindən mükafatlar təqdim olunacaq.
|