Unibank Premyer Liqasının XXII turunda "Xəzər Lənkəran" səfərdə "Sumqayıt"ı üç qol ilə məğlub etdi. Cüneyt Biçer “Xəzər Lənkəran” klubunun baş məşqçisi: “Həmkarımı gənc, mübariz
komanda yaratdığı üçün təbrik edirəm. Bu qədər gənc futbolçunu bir yerə
toplayıb gözəl komanda yaratmaq o qədər də asan məsələ deyil. Meydanın pis
olması hər iki komandanın oyununa mənfi təsir etdi. Oyunun əvvəlində bir qədər
çətinlik çəkdik. İlk qoldan sonra oyunumuz daha yaxşı alındı. İkinci qoldan sonra isə
bir az rahat oynadıq. Üç xalı üç qolla qazanmağımız xoş oldu”.
Bernhard Raab, “Sumqayıt”
klubunun baş məşqçisi: “Liqada ən individual
komandaya qarşı oynadıq. İlk dəqiqələrdən bilinirdi ki, rəqibimiz ilk altılığa,
biz isə ikinci altılığa oynayırıq. İkinci qoldan sonra artıq hər şey müəyyən
oldu. Futbolçularıma tapşırmışdım ki, oyun boyu mübarizə apararaq “Xəzər Lənkəran”a
çətinlik yaratsınlar, ancaq, bu bizdə alınmadı. Oyunun nəticəsi ilə razıyam. İki
qolu səhvlərimiz nəticəsində buraxdıq. Mövqe səhvlərimiz var idi. “Xəzər Lənkəran”
yaxşı komandadır. Birinci yerə böyük şansı var”.
|