 “Sabah” Premyer Liqada 100-cü ev qoluna imza atıb. Bu yubiley qolunun müəllifi Boyan Letiç olub. O, Misli Premyer Liqasının III turunda fərqlənib. Letiç “Neftçi” ilə görüşdə (1:1) komandasının yeganə qoluna imza atıb. 2018/19 mövsümündən Premyer Liqada mübarizə aparan “Sabah” 100-cü qolu 71-ci matçda vurub. Paytaxt klubunun orta məhsuldarlığı 1,41-dir. Qeyd edək ki, “Sabah” çempionatın tarixinə öz meydanında 100 və daha çox qol vuran 22-ci komanda kimi düşüb.
|