 Avropa Liqasının III təsnifat mərhələsinin cavab görüşündə HIK-in (Finlandiya) qonağı olan “Qarabağ” rəqibini 2:1 hesabla məğlub edib. Ağdamlıların qollarını Toral Bayramov və Yassin Benzia vurublar. İlk görüşdə də eyni nəticəyə imza atan “köhlən atlar” Avropa Liqasının pley-of mərhələsinə yüksəlməklə yanaşı, Konfrans Liqasının qrup mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, Qurban Qurbanovun yetirmələri ardıcıl 10-cu dəfə avrokubokların qrup mərhələsinə vəsiqə qazanıb.
|