 Avrokuboklarda mübarizəni davam etdirən klublarımız növbəti oyunlarını keçiriblər. Hər üç komandamız rəqiblərini öz meydanında qəbul edib.
Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda HİK-i (Finlandiya) qəbul edən “Qarabağ” 2:1 hesabla qalib gəlib. Ağdamlıların heyətində Leandro Andrade və Juninyo fərqlənib.
Konfrans Liqasının III təsnifat mərhələsinin ilk qarşılaşmasında “Partizan”ı (Serbiya) qonaq edən “Sabah” inamlı qələbə qazanıb – 2:0. “Tələbələr”in qollarına Boyan Letiç və Namik Ələskərov imza atıblar.
Eyni turnirdə iştirak edən “Neftçi” “Beşiktaş”la görüşdən məğlub ayrılıb – 1:3. “Ağ-qaralar”ın yeganə qolunun müəllifi Kilan Lebon olub.
Qeyd edək ki, klublarımız cavab oyunlarını 17 avqustda keçirəcək.
|