16.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

“Zirə” “Şerif”ə minimal hesabla qalib gəldi

Slide 1

Blogerlərin nəzərinə

Slide 1

Media nümayəndələrinin nəzərinə

Slide 1

Zaur Hacı-Məhərrəmov Konfrans Liqası matçında

Slide 1

I və II Liqada püşkatma mərasimi keçiriləcək

Slide 1

İki Liqanın başlama tarixi məlumdur

Slide 1

Azərbaycan Premyer Liqasının püşkatma mərasimi keçiriləcək

   PFL rəsmiləri jurnalistlərin suallarını cavablandırıb      2023-07-18

Bu gün Azərbaycan Premyer Liqasında 2023/24 mövsümünün püşkatmasından sonra PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov jurnalistlərin suallarını cavablandırıb:

- İkinci və üçüncü yerlərin sahibləri üçün medallar olmayacaq. Bu, Premyer Liqaya aiddir, yoxsa digər liqalara?

Elgiz Abbasov: Premyer Liqa, 1-ci Liqa və Əvəzedicilər liqasında ikinci və üçüncü yerləri tutmuş komandalara medallar təqdim olunmayacaq. Beynəlxalq təcrübədə bununla bağlı araşdırma apardıq və nəticəyə gəldik ki, ancaq qızıl medalçılara medalların verilməsi məqsədəuyğundur. Eyni zamanda, siz jurnalistlər mükafatlandırma üçün mövsümün son oyununu gözləmək məcburiyyətində qalmayacaqsınız. Əgər təqvimlə mümkündürsə, komandanın çempionluqdan sonrakı ilk ev oyununda qızıl medallar təqdim olunacaq. Mümkün olmasa, son turda veriləcək.

- Premyer Liqa üçün sponsorun tapılacağı aydın məsələdir. Bəs bu, Birinci və İkinci liqa üçün planda varmı?

Sənan Abdullayev: Əlbəttə, əsas diqqət Premyer Liqayadır. Təxminən, 3-4 gün sonra Premyer Liqanın sponsorunun adına aydınlıq gələcək. Hazırda bu yöndə danışıqlar davam edir. Ən çox sual “Misli” ilə davam edib, edilməyəcəyi ilə bağlı verilirdi.  Sevindirici məqam budur ki, hazırda sponsorluğa iki namizəd var.  Onlarla danışıqlar gedir. Ancaq hazırda görünən budur ki, daha böyük şans “Misli”dədir. Böyük ehtimal, onlarla əməkdaşlığı davam etdirəcəyik. Bundan başqa, tək 1-ci Liqa yox, bütün liqalar üçün əməkdaşlıq məsələləri müzakirə olunur. Etiraf edim ki, bu barədə danışmaq çox çətindir. Ancaq son üç aydakı mübarizədən, futbol prinsiplərinin qorunmasından sonra hiss edirik ki, danışdığımız şəxslərin yanaşması dəyişib. Ümid edirik ki, həm 1-ci, həm də 2-ci Liqaya sponsor tapa biləcəyik.

- Bəs Azərbaycan Kuboku üçün ayrıca sponsorun cəlb olunması nəzərədə tutulub?

Sənan Abdullayev: Kubokla bağlı ötən mövsümdən danışıqlar gedir. Belə deyək, ölkə kubokuna sponsor tapmaq şansımız daha çoxdur.

 - Bildiyimiz qədəriylə 1-ci və 2-ci Liqa komandalarının seçimində PFL-in də fikri soruşulub. Belə bir məqamla bağlı fikrinizi öyrənmək istərdim. Məlumdur ki, 18 yaşına çatmış futbolçu ali məktəbə daxil ola bilmədisə, hərbi xidmətə yollanır. Onlar harada hərbi xidmət keçməlidirlər? Çünki MOİK nəticə qazanmaq üçün daha çox yaşlı futbolçulara güvənir. Gənclər isə hərbi xidmətə yollanaraq ilyarım ərzində formadan düşür, çox vaxt isə karyeralarını davam etdirmirlər. Olarmı ki, 2-ci liqada vaxtilə “Qara Bəbir” və yaxud da başqa bir ordu komandaları kimi komanda yaradılsın.

Aslan Şahgəldiyev: İdeya olaraq çox gözəldir. Əslində vaxtıykən biz bunu müzakirə etmişdik. Təkcə “Qara Bəbir” deyil, FHN, “Sərhədçi”, “Dinamo” kimi komandaları yaradıb əsgərlik yaşına çatan futbolçuların orada həm hərbi xidmət keçmək, həm də futbol oynamaq imkanlarını müzakirə etmişdik. Təklif bir il öncə Klublar Komitəsinin iclasında da müzakirə olunmuşdu. Amma bu o qədər də asan başa gələn məsələ deyil. AFFA-nın baş katibi Sərxan Hacıyev və PFL prezidenti Elxan Səmədov da bununla bağlı məlumatlıdırlar. Sizinlə razıyam ki, ən çox futbolçu itirdiyimiz zaman kəsiyi məhz 18 yaşdan sonrakı iki il dönəmidir. Universitetə daxil olanlar daha 4 il davam etmək imkanı qazandığı halda, digərləri kənarda qalır. Bir il altı aydan sonra qayıdıb peşəkar karyeranı davam etdirmək çətin başa gəlir. Bu məsələ gündəmimizdədir. Amma bir daha vurğulayıram ki, asan məsələ deyil.

- “Kəpəz” klubu ev oyunlarını öz stadionunda keçirə biləcək?

Elgiz Abbasov: Bizim üçün əsas məsələ hər bir komandanın özünə aid stadionda, doğma azarkeşləri önündə oynamasıdır. Ötən ildən bu yana biz “Kəpəz” klubunun ev oyunlarını Gəncə şəhər stadionunda keçirməsi ilə bağlı həqiqətən də müəyyən fədakarlıqlar etdik. Çox rahat şəkildə “Kəpəz” klubuna deyə bilərdik ki, siz burada futbol oynamayacaqsınız və bütün problemlər aradan qalxana qədər bu, belə davam edəcək. Ancaq mövcud imkanlar daxilində digər işlərin həyata keçirilməsini təmin etdik və “Kəpəz” ev oyunlarını doğma stadionda keçirməyə başladı. Təəssüf ki, mövsümün gedişində də bununla, xüsusən də ot örtüyü ilə bağlı problemlərlə üzləşdik. Onsuz da əsas və yardımçı otaqların vəziyyəti qənaətbəxş deyildi, ot örtüyünün də vəziyyəti pisləşdi. Daha sonra “Kəpəz”  son beş turda ev oyunlarını öz meydanında keçirə bilmədi. Bu mövsüm də əsas gündəmdə olan məsələlərdən biri budur. Biz “Kəpəz” klubunun rəhbərliyi ilə daim əlaqədəyik. Sevindirici hal budur ki, hazırda orada ot örtüyünün vəziyyəti yaxşıdır. Eyni zamanda, yardımçı meydançların inşası tamamlanıb və komanda orada məşq edə bilir. Ancaq otaqlarla bağlı təəssüf ki, eyni problemlər qalmaqdadır. Püşkatmadan bir neçə gün öncə bu məsələ biz tərəfdən müzakirə olunub. Təəssüf hissi ilə qeyd edək ki, otaqların tam şəkildə hazır olmasını mövsümün startından bir ay sonraya planlaşdırırıq. Komanda ev oyunlarını stadion baxımından keçirməyə hazır olsa da, otaqlar baxımından hələ ki tam hazır deyil. Ancaq keçənilki təcrübə nəzərə alınaraq “Kəpəz”in ev oyunlarını Gəncədə keçirməsi mümkündür.

- 1-ci, 2-ci Liqanın yayım məsələləri var. Futbolun kütləviləşdirilməsi yönündə hər hansı bir görüşün telekanallar vasitəsilə canlı yayımlanması və yaxud media nümayəndələrinin oyunları daha yaxşı işıqlandırması üçün hər hansı bir planınız varmı?

Aslan Şahgəldiyev: İstənilən bir tədbir işıqlandırılmayanda kölgədə qalır. 1-ci Liqa ilə bağlı planlarımız böyükdür. Ən azı bütün oyunları yutub kanalımızda yayımlamağı düşünürük. 2-ci Liqanın oyunlarını canlı vermək imkanımız olacağını düşünmürəm. Çünki iş yükümüz həddindən çox artıb. Əməkdaşlar baxımından çatdırmaq məsələsi var. Amma icmalları Peşəkar Futbol Liqasının yutub kanalında yerləşdirməyi düşünürük. Eyni zamanda, Sənan Abdullayevlə Elgiz Abbasov “CBC Sport”la da danışıqlar aparır. 1-ci Liqanın bütün oyunlarını yayımlamaq mümkün deyil. Amma bəzi oyunların mümkün olduğu təqdirdə “CBC Sport”da göstərilməsi müzakirə olunur. İstəklərimiz, planlarımız çoxdur. 1-ci Liqa ilə bağlı ayrıca bir verilişin olmasını, ayrıca bir ekspertin oyunları təhlil etməsini istəyirik. Ötən mövsüm Premyer Liqada bir çox epizodlar – istər hakimlərlə, istər futbolçularla bağlı məqamlar müzakirə olunurdu. Çünki hamımız Premyer Liqaya baxırıq. Amma siz 1-ci Liqanın icmallarına belə baxsanız, orada istər futbolçu, istər hakim səhvlərinin həddindən çox olduğunu görərsiniz. Sadəcə bir növ diqqətdən kənarda qalır, işıqlandırılmır deyə insanlar elə düşünür ki, orada problem yoxdur. Nə PFL, nə hakimlər, nə futbolçular tənqiddən çəkinməlidir. Bu qeyd edilənlər düzəlişlərə gətirib çıxarır. Olmasa, bu səhvlər davamlı şəkil alacaq. Fikir verməyəcəklərsə, inanmıram onlardan yaxşı futbolçu, yaxşı hakim olsun. İstər 1-ci, istərsə də 2-ci Liqa ilə bağlı təxminən 1 aydan çox vaxtımız var. 2-ci Liqa ilə bağlı problemlər həddindən çoxdur. Uzun fasilədən sonra peşəkar yarışlarda bu qədər çox sayda komandalar iştirak edəcək. İnfrastruktur problemləri var, futbolçu çatışmazlığı, menecer problemləri var. 2-ci Liqada bir əlcəkli qapıçı, bir butslı futbolçu görsəniz, təəccüblənməyin. Amma buna görə narahat olmağa dəyməz. Biz bunu mütəmadi olaraq keçirə bilsək, Azərbaycanda 5 ildən sonra yaxşı futbol menecerləri olacaq. Ölkəmizdə bu dəqiqə barmaqla sayılacaq qədər idman direktoru var. Ən az tapılan kadrlar onlardır. Çünki indiyədək yetərli sayda komandalarımız olmayıb. Məsələn 2-ci Liqada çalışan “Ağdaş” komandasında Rəhman bəy var. “Qəbələ” klubuna gələn ağdaşlı uşaqların əksəriyyəti onun tələbələridir. Bu adam öz hesabına uşaqlara məşq keçir, komanda saxlayır. Əlindən gələni edir. “Şəki” komandasında Elgün bəy var. O adam çox böyük çətinliklə pul yığır, komanda saxlayır. Bu şəxslər fədakar insanlardır. Əminəm ki, bu adamlar şərait əldə etsələr, şans qazansalar, bir neçə ildən sonra onlardan yaxşı baş menecerlər, idman direktorları çıxacaq. Sadəcə müəyyən bir zaman lazımdır. Tənqid edəcəksiniz və bu normaldır. Bu problemlər qaçılmazdır. Amma problemlərdən qorxub işə başlamamaqla bu çatışmazlıqlar həmişə davam edəcək.

Sənan Abdullayev:  1-ci, 2-ci Liqanın oyunlarının yayımlanması həmin zonanın insanları üçün də çox önəmlidir. Bölgə klublarının futbolçularının canlı yayıma çıxması, efirdə görünməsi onlar üçün yüksək motivasiyadır. Biz də bu yöndə işlərimizi davam etdiririk. Etiraf edək ki, asan məsələ deyil. 1-ci Liqanın klublarından tələblərimizi artırırıq ki, Premyer Liqaya vəsiqə qazandıqları zaman həmin çətinlikləri yaşamasınlar. Gözə alsınlar ki, bu yöndə hazırlaşmaq lazımdır və hədəf yuxarıdır. Əsas hədəf və istəklərimizdən biri  1-ci, 2-ci Liqa ilə bağlı verilişlərin hazırlanması, jurnalistlərin ora cəlb olunması, jurnalistlərin oranı işıqlandırması üçün şəraitin yaradılmasıdır. Çox sağ olun ki, siz böyük fədakarlıq edirsiniz. Ən böyük istəyimiz odur ki, 1-ci, 2-ci Liqada da bu, olsun. 2-ci Liqayla bağlı onu qeyd edim ki, bizi böyük problemlər və çətinliklər gözləyir. Bunlar olacaq və bundan qaça bilməyəcəyik. Ancaq problemlərdən kənar durmaq fikrimiz yoxdur. İstənilən yöndə tənqidlərə də açığıq. Ancaq ilk addımımız ondan ibarət oldu ki, 2-ci Liqanın oyunlarının geniş icmalını jurnalistlərə və tamaşaçılara təqdim edək.

- Jurnalistləri narahat edən məqamlardan biri baş məşqçilərin mətbuat konfransına gec gəlməsidir. Bununla bağlı vaxt qoymaq mümkündürmü?

Elgiz Abbasov:  Bilirsiniz ki, oyundan sonra yayımçı telekanal baş məşqçiləri müsahibəyə dəvət edir.  Mən də razıyam ki, bəzən gecikmələr olur. Çalışarıq ki, “CBC Sport”la danışıb, bu məsələni müəyyən vaxt çərçivəsinə salaq ki, digər jurnalistlər əziyyət çəkməsinlər. Ancaq dediyiniz vaxt məsələsi əsasnamədə öz əksini tapıb. Oyun bitdikdən 20 dəqiqə sonra ilk mətbuat konfransı başlamalıdır. İlk növbədə qonaq komandanın, daha sonra ev sahibi komandanın baş məşqçisi iştirak etməlidir. Əgər bununla bağlı hər hansı müşahidələriniz olarsa, oyunun AFFA nümayəndəsinə bu haqda bildirin. Eyni zamanda, bizə də bildirə bilərsiniz ki, problem aşkarlasaq, məsələni tənzimləyək.

- Ötən mövsüm iki VAR maşını fəaliyyət göstərirdi. Daha birinin alınması ilə bağlı danışıqlar aparılırdı. Gələn mövsüm necə olacaq?

Aslan Şahgəldiyev: VAR maşını ilə bağlı çətinliklər tək maşınlara bağlı deyil. “Araz-Naxçıvan” öz meydanında oynayanda yaranacaq digər problem də həll edilməlidir. Bu məsələlər həm AFFA, həm PFL rəhbərliyinin diqqətindədir. Naxçıvana maşının gedib-gəlməsi real deyil. Orada yerində bir sistem qurmağı düşünürük. “Araz-Naxçıvan” rəhbərliyi bildirib ki, tezliklə doğma meydanda oynayacaq. VAR orada qalmaq şərtilə stadionda yerləşdiriləcək. Əlavə bir VAR maşını da olacaq. Onunla bağlı da hər şey qaydasındadır. “CBCSport”la danışıqlar gedir. “Supersloumouşn” cihazının da qurulması gündəmdədir.

- Premyer Liqada legioner limiti 5 min manat müəyyənləşdirilib. Adətən cəzalarda da 1-ci Liqaya güzəşt edilir, az məbləğdə cərimə tətbiq edilirdi. Amma bu legioner rüsumuna aid edilmədi. Səbəb nədir?

Aslan Şahgəldiyev: Bəli, 1-ci Liqada legioner rüsumunu az etmək barədə düşünürdük. Amma burada bir çox komandaların, menecerlərin, klub rəsmilərinin məqsədi yaxşı legioner gətirmək deyil. Biz araşdırıb görürük ki, komandanın gətirdiyi legioner iştirak ərizəsinə salınıb, amma bir oyunda belə meydana çıxmayıb. Sonradan aydın olur ki, bu legioner kənarda fəaliyyət göstərdiyinə görə öz ölkəsində hərbi və digər sahələrdə güzəşt əldə edir. 1-ci Liqada peşəkar statuslu legioner tələb etməyimizin səbəbi o idi ki, bəzən elə legioner gətirirdilər ki, ümumiyyətlə bu şəxs haqqında heç bir informasiya yoxdur. Hansı məqsədlə gətirilib, harada oynayıb bilinmir. Futbolçu mövsüm ərzində bir oyuna belə çıxmırsa, demək məqsəd futbolçunu oynatmaq deyil. Həm də həvəskar legioner futbolçunun səviyyəsinin yüksək olacağını düşünmürük.

- “Araz-Naxçıvan” öz meydanında oynadıqdan sonra gediş-gəliş, jurnalistlərin çalışması necə tənzimlənəcək? Bilirik ki, sadə vətəndaşlarda da problemlər yaranır. Komandalar necə gedəcək? AFFA və PFL AZAL şirkəti ilə danışıqlar aparmağı düşünürmü?

Aslan Şahgəldiyev: Bəli, bu problemləri bilirik. Ən böyük problem odur ki, Naxçıvan reysinə fərdi olaraq bilet bron etmək olmur. AZAL ilə danışıqlar aparılır ki, ən azı şirkətlərlə, komandalarla korporativ müqavilələr bağlanılsın. Çünki təqvimdə öncədən vaxtlar bəllidir. Heç olmasa komandalar həmin günə bileti bron edə bilsinlər. Bir də danışırıq ki, futbolçular Naxçıvana eniş edəndən sonra hamı ilə birgə çıxmasınlar. Komanda üzvləri, xüsusən də onların ləvazimatlarının keçidi üçün çox vaxt gedəcək. Naxçıvan hava limanına məktub ünvanlamağı planlaşdırırıq ki, komandalar problemlərlə qarşılaşmasınlar.

- Ötən mövsüm izləyicilər “CBCSport”un çəkilişindən şikayət edirdilər. Hakimlər, eləcə də mübahisəli epizodları yaxşı izləyə bilmədiklərini qeyd edirdilər. Kamera sayının artırılması ilə bağlı danışıq aparmısızmı? 

Aslan Şahgəldiyev: Əslində burada gizli bir şey yoxdur. Bu problemi çözmək üçün maliyyə vəsaiti lazımdır. Kifayət qədər böyük maliyyəyə ehtiyac var. Özünüz də internetdə axtarış verib bir yayım kamerasının qiymətini görə bilərsiniz. Heç olmasa əks tərəfə VAR üçün bir kamera qoya bilsək hakimlərin işi daha rahat olar. Epizodlar olur ki, ofsayd olub-olmadığı, topun ələ dəyib-dəymədiyini, qayda pozuntusunu müəyyən etmək olmur. Bu baxımdan o kameraya ehtiyac var.

Sənan Abdullayev: Elxan müəllim, Sərxan müəllim və Volkan bəyin birgə iclasında əsas məsələlərdən biri bu idi. Düşünürük ki, qarşıdakı mövsümdə bu problemlər həll olunacaq.

 

   Turnir cədvəli
1 Qarabağ 36 83
2 Zirə 36 58
3 Sabah 36 58
4 Sumqayıt 36 57
5 Neftçi 36 56
6 Turan Tovuz 36 48
7 Səbail 36 42
8 Araz-Naxçıvan 36 36
9 Kəpəz 36 35
10 Şamaxı 36 26
Ətraflı
1 Şamaxı 27 57
2 Qaradağ Lökbatan 27 54
3 MOİK 27 49
4 İmişli 27 47
5 Karvan 27 44
6 Zaqatala 27 31
7 Mingəçevir 27 27
8 İrəvan 27 27
9 Difai Ağsu 27 23
10 Araz Saatlı 27 13
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
1516 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 3101020304
05060708091011
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: