 Bu gün Azərbaycan Premyer Liqasının 2023/2024-cü illər mövsümünün püşkatma mərasimi keçirildi. AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə Peşəkar Futbol Liqasının vitse-prezidenti Aslan Şahgəldiyev, media və marketinq direktoru Sənan Abdullayev, texniki-idman direktoru Elgiz Abbasov, elita klublarının nümayəndələri, jurnalistlər iştirak etdilər. İlk turu 4-6 avqust tarixlərdə keçiriləcək yeni mövsümün startda üz-üzə gələcək komandaları aşağıdakı kimidir: 4-6 avqust I tur “Turan Tovuz”-“Araz-Naxçıvan” “Qarabağ”-“Zirə” “Kəpəz”-“Neftçi” “Səbail”-“Sumqayıt” “Sabah”-“Qəbələ”
11-13 avqust II tur “Araz-Naxçıvan”-“Qəbələ” “Sumqayıt”-“Sabah” “Neftçi”-“Səbail” “Zirə”-“Kəpəz” “Turan Tovuz”-“Qarabağ” 18-20 avqust III tur “Qarabağ”-“Araz-Naxçıvan” “Kəpəz”-“Turan Tovuz” “Səbail”-“Zirə” “Sabah”-“Neftçi” “Qəbələ”-“Sumqayıt”
25-27 avqust IV tur “Araz-Naxçıvan”-“ Sumqayıt” “Neftçi”-“Qəbələ” “Zirə”-“Sabah” “Turan Tovuz”-“Səbail” “Qarabağ”-“Kəpəz”
1-3 sentyabr V tur “Kəpəz”-“Araz-Naxçıvan” “Səbail”-“Qarabağ” “Sabah”-“ Turan Tovuz” “Qəbələ”-“Zirə” “Sumqayıt”-“Neftçi”
|