Azərbaycan Premyer Liqasının püşkatma mərasimi keçiriləcək 2023-07-11
Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib. Mərasim 18 iyul tarixində AFFA-nın inzibati binasında baş tutacaq. Saat 15:00-da başlanacaq tədbirə bütün media nümayəndələri dəvətlidir. Qeyd edək ki, Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 4-də start götürəcək.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.