PFL-in icraçı direktoruna UEFA-dan yeni təyinat 2023-07-07
Peşəkar Futbol Liqasının icraçı direktoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
UEFA Avropa Konfrans Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində iyulun 20-də Moldovanın paytaxtı Kişinyovda keçiriləcək “Zimbru” (Moldova) – “La Fiorita” (San-Marino) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.