 Futbol üzrə Azərbaycan I Liqa və Əvəzedicilərin çempionatının başlama tarixləri, həmçinin oyunçu limitləri bəlli olub. I Liqa 13 sentyabrda start götürəcək. Bu turnirdə futbolçu limiti 8+3 (8 azərbaycanlı, 3 legioner) olacaq. Əvəzedicilərin yarışı Premyer Liqanın startından 1 gün sonra – 5 avqustda başlayacaq. Burada limit 7+4 (7 yerli futbolçu 2002 və ya daha gənc təvəllüdlü, 4 futbolçu sərbəst (legioner də ola bilər)) olacaq.
Qeyd: Qarşıdakı mövsümdən etibarən 1-ci divizion 1-ci liqa, yeni yaranmış 2-ci divizion isə 2-ci liqa adlandırılacaq.
|