 Bu gün İsveçrənin Nyon şəhərində atılan püşkdən sonra turnirə II təsnifat mərhələsindən başlayacaq klublarımız - “Sabah”, “Neftçi” və “Qəbələ”nin UEFA Konfrans Liqasındakı rəqibləri müəyyənləşib. Beləliklə, “Neftçi” “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo Minsk” (Belarus) cütünün qalibi, “Qəbələ” “Omoniya” (Kipr), “Sabah” isə “Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya) cütünün qalibi ilə qarşılacaq. “Neftçi” və “Sabah” ilk oyunlarını səfərdə, “Qəbələ” isə evdə keçirəcək.
Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin ilk oyunları 27 iyul, cavab matçları isə 3 avqustda baş tutacaq.
|