“Qarabağ”ın II təsnifatdakı potensial rəqibləri məlumdur 2023-06-21
Bu gün İsveçrənin Nyon şəhərində atılan püşkdən sonra “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) cütünün qalibinin Çempionlar Liqasının II təsnifat mərhələsindəki potensial rəqibləri məlum olub. Cütün qalibi II təsnifat mərhələsində “Rakuv” (Polşa) – “Flora” (Estoniya) cütünün qalibi ilə qarşılaşacaq. Qeyd edək ki, "Qarabağ" mərhələni keçəcəyi təqdirdə II təsnifatda 1-ci oyunu səfərdə keçirəcək.
Bütün müəllif hüquqları Azərbaycan Respublikası
qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı
istinadın qeyd olunması vacibdir.