Misli Premyer Liqasının 2022/23 mövsümündə ən çox quru oyun keçirən qapıçıların siyahısı müəyyənləşib. “Sabah”ın qapıçısı Yusif İmanov bu göstəricidə birinci olub. O, 19 qarşılaşmada qapısını toxunulmaz saxlayıb. 21 yaşlı qolkiper Azərbaycan çempionatları tarixinin ikinci nəticəsinə imza atıb. Onun bir mövsümdə ən çox quru oyun keçirən qapıçı adına şərik olmağa 1 matçı çatmayıb. Buna Yusifin mövsümün sonlarındakı qarşılaşmalarda şans qazanmaması da təsir edib. Legionerlər arasında ən yaxşı olan İvan Brkiç ümumi siyahıda ikincidir. “Neftçi”nin qolkiperi 13 matçda qapısını toxunulmaz saxlayıb. İlk “üçlüy”ü Tərlan Əhmədli qapayıb. “Turan Tovuz”un əlcək sahibi 10 quru oyun keçirib. “Top-5”də “Qarabağ”ın iki qapıçısı var. Onlar hərəyə 9 dəfə meydanı qol buraxmadan tərk edib. Şahrudin Məhəmmədəliyev yalnız 2 qarşılaşmada qapısında qol görübsə, onun komanda yoldaşı Luka Quqeşaşvili daha çox matçda şans qazanıb.
yer
|
qapıçı (klubu)
|
quru
|
oyun
|
1
|
Yusif İmanov (“Sabah”)
|
19
|
33
|
2
|
İvan Brkiç (“Neftçi”)
|
13
|
26
|
3
|
Tərlan Əhmədli (“Turan Tovuz”)
|
10
|
26
|
4
|
Şahruddin Məhəmmədəliyev (“Qarabağ”)
|
9
|
11
|
5
|
Luka Quqeşaşvili (“Qarabağ”)
|
9
|
20
|
|