 Azərbaycan Kubokunda final görüşü başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirildi. “Bakcell Arena” stadionunda baş tutan tədbirdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, AFFA-nın baş katibi Sərxan Hacıyev iştirak etdilər. Əvvəlcə sponsorlara, görüşün hakimlərinə və nümayəndələrinə xüsusi hədiyyələr verildi. Ardınca gümüş medalın sahibi “Neftçi” futbolçuları mükafatlandırıldı. Daha sonra qalib “Qəbələ”yə qızıl medallar və kubok təqdim edildi.
|