 Bu gün Azərbaycan Kubokunda 2022/2023 mövsümünün final qarşılaşması keçiriləcək. Saat 20:00-da “Bakcell Arena”da baş tutacaq finala gələcək azarkeşlərə 2 saat əvvəldən stadiona gəlmələri tövsiyə olunur.
Qapılardan giriş aşağıdakı kimi olacaq:
1A, 1B, 2A, 2B - Şərq qapısından;
4A, 5A - Qərb qapısından;
3A, 3B – Cənub qapısından;
VİP, "Skayboks"lar - Şimal qapısından.
Qeyd edək ki, qarşılaşmadan öncə saat 19:00-da müğənni Hissin iştirakı ilə konsert proqramı təşkil ediləcək.
|