 Misli Premyer Liqasında 2022/2023 mövsümünün qızıl medallarının sahibi “Qarabağ” oldu. Bir neçə tur öncə çempionluğu rəsmiləşdirən “köhlən atlar” son oyunda “Azersun Arena”da “Turan Tovuz”u 3-1 hesabı ilə məğlub edib. Oyundan sonra AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, AFFA-nın baş katibi Sərxan Hacıyevin iştirak etdiyi mükafatlandırma mərasimində əvvəlcə “Azərlotereya” ASC-nin İdarə Heyətinin sədri Osman Karakuşa PFL tərəfindən hədiyyə təqdim olundu. Ardınca Misli Premyer Liqasında cari mövsümün bombardiri olan Ramil Şeydayevə xüsusi mükafat verildi. Bundan sonra Qurban Qurbanovun komandası qızıl medallara qovuşdu. Tədbirin sonunda “Qarabağ” futbolçuları çempionluq kubokunu başları üzərinə qaldırdı. Qeyd edək ki, bu, ağdamlıların tarixlərində 10-cu çempionluğudur. Peşəkar Futbol Liqası mükafatlandırma mərasimindən fotoları təqdim edir:
|