 Misli Premyer Liqasında 2022/2023-cü illər mövsümünün gümüş mükafatçısı “Sabah” oldu. Bu, 2017-ci ildə yaradılan klubun qazandığı ilk medaldır . “Azersun Arena”da “Sabah”a mükafat AFFA prezidenti Rövnəq Abdullayev, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, AFFA-nın baş katibi Sərxan Hacıyevin iştirak etdiyi tədbirdə təqdim edildi.
Mükafatlandırma mərasimindən fotoları təqdim edirik:
|