 Misli Premyer Liqasının XXXVI turunun 28 may tarixində oynanılacaq “Qarabağ” – “Turan Tovuz” matçının ardınca 2022/2023-cü illər mövsümünün mükafatlandırma mərasimi keçiriləcək. Tədbir zamanı səhnənin yanına yalnız fotoqraf və TV operatorlar buraxılacaq. Müxbirlər üçün müsahibə və açıqlamalar mərasim bitdikdən sonra, yalnız “miks-zona”da alına bilər.
Qeyd 1: Operatorların səhnəyə yaxınlaşması üçün “A buraxılışı” vəsiqəsinin olması mütləqdir. “A buraxılışı” vəsiqəsinə sahib olmaq istəyən operatorlar 26 may saat 10:00-dan 17:00-dək, 27 may saat 15:00-dan 22:00-dək PFL-in Media və Marketinq departamentindən vəsiqəni götürə bilərlər. Üzərində “A buraxılışı” vəsiqəsi olmayan operatorların səhnəyə yaxınlaşması qadağandır.
Qeyd 2: “A buraxılışı” vəsiqəsi yalnız mövsüm ərzində PFL-də qeydiyyatdan keçmiş media nümayəndələrinin operatorlarına veriləcək.
|