 İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Sabah” – “Zirə” oyunu bitdikdən sonra meydançaya və komandalar olan dəhlizə akkreditasiyası olmayan şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 49.6);
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra “Qəbələ” klubunun meneceri Rasim Ramaldanova verilən birbaşa qırmızı vərəqə qərarı ləğv edilir (maddə 18.2.);
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Şamaxı” – “Qəbələ” oyunu bitdikdən sonra tribunanın “Qəbələ” klubuna aid hissəsindən meydançaya kənar əşya atıldığına görə “Qəbələ” klubu 1600 manat cərimə edilir (maddə 51.1);
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra “Qarabağ” klubunun 77 nömrəli futbolçusu Ramil Şeydayev rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanır, “Qarabağ” klubu 2400 manat cərimə edilir (maddə 37.2, 32.);
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Qarabağ” – “Sumqayıt” oyunu bitdikdən sonra “Sumqayıt” klubunun 12 nömrəli futbolçusu Todor Todoroski rəqib futbolçuya əl-qol atdığına görə 2-si şərti olmaqla 3 oyun cəzalanır, “Sumqayıt” klubu 2400 manat cərimə edilir (maddə 37.2, 32.);
22.05.2023-cü il tarixində Misli Premyer Liqasının XXXV turunun “Turan Tovuz” – “Səbail” oyununda “Səbail” klubunun futbolçusu Qoba Zakpa qeyri-etik hərəkət etdiyinə görə 3 oyun cəzalanır, klub 1600 manat cərimə edilir (maddə 41.1);
23.05.2023-cü il tarixində I Divizionun XXX turunun “Mingəçevir” – “Səbail-2” oyununda “Səbail-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail-2” komandası 80 manat cərimə edilir (maddə 39);
23.05.2023-cü il tarixində I Divizionun XXX turunun MOİK – “Neftçi-2” oyununda MOİK klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə MOİK klubu 80 manat cərimə edilir (maddə 39);
23.05.2023-cü il tarixində I Divizionun XXX turunun “Sumqayıt-2” – “Kəpəz-2” oyununda əsasnamənin tələbləri pozulduğuna görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilir (maddə 60);
|