Azərbaycan Kubokunun final oyununun mətbuat konfransında və “miks zona”da iştirak etmək istəyən KİV nümayəndələrinin qeydiyyatı başlanıb. “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Qəbələ” görüşündən sonra baş tutacaq mətbuat konfransında, həmçinin “miks zona”da iştirak etmək istəyən jurnalistlər 24 may, saat 17:00 tarixinə qədər [email protected] ünvanına ad, soyad və təmsil etdikləri KİV-in adını göndərməlidirlər.
Qeyd 1: Hər KİV-dən 1 nəfərin (TV - 2 nəfər) iştirak edə biləcəyi mətbuat konfransı üçün yalnız Peşəkar Futbol Liqasında 2022/2023 mövsümündə akkreditasiyadan keçmiş media nümayəndələri müraciət edə bilər.
Qeyd 2: Mövsüm ərzində PFL akkreditasiyası almış şəxslər kubokun finalında media sektoruna daxil ola bilər. Bu qeydiyyat mətbuat konfransı otağında yer məhdud sayda olduğuna görə yalnız mətbuat konfransı və "miks zona" üçün nəzərdə tutulub.
|