İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
21.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Zirə” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qarabağ” klubu 800 manat cərimə edilir (maddə 39);
21.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Zirə” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 49.2);
21.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Zirə” oyunu bitdikdən sonra “Zirə” klubunun “A buraxılışı” olmayan nümayəndələrinin meydançaya daxil olmasına görə “Zirə” klubu 800 manat cərimə edilir (maddə 49.6);
21.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXXI turunun “Qarabağ” – “Zirə” oyununda “Zirə” klubu İntizam Məcəlləsinin 50.7 bəndini pozduğuna görə “Zirə” klubu 2000 manat cərimə edilir;
22.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXXI turunun “Səbail” – “Neftçi” oyununda “Səbail” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 39);
23.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXXI turunun “Sumqayıt” – “Qəbələ” oyununa Təcili Tibbi Yardım maşını təyin olunan vaxtdan gec gəldiyinə görə “Sumqayıt” klubu 400 manat cərimə edilir (maddə 62.2);
23.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXXI turunun “Sumqayıt” – “Qəbələ” oyununda meydançaya kənar əşyaların atılması görə “Sumqayıt” klubu 1600 manat cərimə edilir (maddə 51.1);
23.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXXI turunun “Sumqayıt” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ” klubu 800 manat cərimə edilir (maddə 39);
25.04.2023-cü il tarixində I Divizionun XXVI turunun “Şamaxı-2” – “İmişli” oyununda “İmişli” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 39);
25.04.2023-cü il tarixində I Divizionun XXVI turunun “Sumqayıt-2” – “Zaqatala” görüşünün oyunöncəsi iclasında “Zaqatala” klubunun nümayəndəsinin iştirak etmədiyinə görə “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 62.1);
25.04.2023-cü il tarixində I Divizionun XXVI turunun “Sumqayıt-2” – “Zaqatala” görüşündə “Sumqayıt-2” komandasının qapıçısı Ayxan Qocayev rəqibi aşkar qol vurmaq imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Sumqayıt-2” komandası 20 manat cərimə edilir (maddə 47.1);
25.04.2023-cü il tarixində I Divizionun XXVI turunun “Qəbələ-2” – “Qaradağ Lökbatan” görüşünün oyunöncəsi iclasında polis nümayəndəsi iştirak etmədiyinə görə “Qəbələ-2” komandası 40 manat cərimə edilir (maddə 62.2);
25.04.2023-cü il tarixində I Divizionun XXVI turunun “Qəbələ-2” – “Qaradağ Lökbatan” görüşündə “Qəbələ-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ-2” komandası 80 manat cərimə edilir (maddə 39);
25.04.2023-cü il tarixində I Divizionun XXVI turunun “Qəbələ-2” – “Qaradağ Lökbatan” görüşündə “Qaradağ Lökbatan” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 39);
26.04.2023-cü il tarixində I Divizionun XXVI turunun “Zirə-2” – “Neftçi-2” görüşündə “Neftçi-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi-2” 80 manat cərimə olunur (maddə 39);
26.04.2023-cü il tarixində I Divizionun XXVI turunun “Araz Naxçıvan” – “Mingəçevir” görüşündə PFL əsasnaməsinin 9-cu bəndi pozulduğuna görə “Araz Naxçıvan” klubu 80 manat cərimə edilir (maddə 60);
|