 İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
31.03.2023-cü il tarixində Misli Premyer Liqasının XXVIII turunun “Turan Tovuz” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun futboçusu Vüqar Mustafayev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə edilir (maddə 36.1).
01.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXVIII turunun “Kəpəz” – “Səbail” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxslərin daxil olmasına görə “Kəpəz” klubu 1600 manat cərimə edilir (maddə 49.2).
02.04.2023-cü il tarixində Misli Premyer Liqasının XXVIII turunun “Sabah” – “Qəbələ” oyunundan əvvəl meydançaya kənar şəxslərin daxil olmasına görə “Sabah” klubu 1600 manat cərimə edilir (maddə 49.2) .
29.03.2023-cü il tarixində I Divizionun XXII turunun “Zirə-2” – MOİK oyununda “Zirə-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə olunur (maddə 39).
29.03.2023-cü il tarixində I Divizionun XXII turunun “Sumqayıt-2” – “Mingəçevir” oyununda “Mingəçevir” klubunun 95 nömrəli futbolçusu Elvin Əlizadə rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığından 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1).
29.03.2023-cü il tarixində I Divizionun XXII turunun “Şamaxı-2” – “Səbail-2” oyununda xərəkdaşıyan uşaqların yaşı əsasnamənin tələblərinə uyğun olmadığına görə “Şamaxı-2” komandası 80 manat cərimə olunur (maddə 64.1).
30.03.2023-cü il tarixində I Divizionun XXII turunun “İmişli” – “Neftçi-2” oyununda “İmişli” klubunun 14 nömrəli futbolçusu Elnur Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə edilir (maddə 47.1).
30.03.2023-cü il tarixində I Divizionun XXII turunun “İmişli” – “Neftçi-2” oyununda PFL əsasnaməsinin 9-cu bəndi pozulduğuna görə “İmişli” klubu 80 manat cərimə edilir (maddə 60).
30.03.2023-cü il tarixində I Divizionun XXII turunun “Kəpəz-2” – “Qaradağ Lökbatan” oyununda “Kəpəz-2” komandası 5 sarı vərəqə ilə cəzalandığına görə 80 manat cərimə edilir (maddə 39).
|