 İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqasının XXV turunun “Zirə” – “Şamaxı” oyununda “Zirə” klubu oyun günü planı tələblərini pozduğuna görə “Zirə” klubu 800 manat cəzalandırılsın (maddə 84);
XXV turun “Səbail” – “Sumqayıt” oyununda “Səbail” klubunun azarkeşləri tərəfindən təhqiramiz ifadələrin işlənməsinə görə “Səbail” klubu 4000 manat cəzalandırılsın (maddə 41.7);
“Sumqayıt” klubunun nümayəndəsinin iclasa gecikməsinə görə “Sumqayıt” klubu 800 manat cəzalandırılsın. (maddə 62.1)
“Səbail” klubunun oyunçusu Qustavo de Fransa rəqibi aşkar qol vurmaqdan məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalandırılsın, klub 200 manat cərimələnsin (maddə 47.2);
XXV turun “Sabah” –“Kəpəz” oyununda “Sabah” klubunun futbolçusu Anatoli Nuriyev ikinci sarı vərəq alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalandırılsın, klub 200 manat cərimələnsin (maddə 47.2);
“Kəpəz” klubunun futbolçusu Abdullahi Şuaybu ciddi qayda pozuntusu edərək birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə 2 oyun cəzalandırılsın, klub 1600 manat cərimələnsin (maddə 36.1);
“Kəpəz” klubunun azarkeşləri tərəfindən oyunun hakimlərinin kütləvi təhqir edilməsinə görə klub 4000 manat cərimələnsin (maddə 41.7);
XXV turun “Qəbələ” –“Qarabağ” oyununda “Qarabağ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilsin (maddə 39).
|