 İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqasının XX turunun “Sumqayıt” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).
Misli Premyer Liqasının XX turunun “Səbail” – “Kəpəz” oyununda “Səbail” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).
Misli Premyer Liqasının XX turunun “Səbail” – “Kəpəz” oyununda “Səbail” klubu xərəkdaşıyanların say tərkibini pozduğuna görə klub 800 manat cərimə olunur (maddə 64.1).
Misli Premyer Liqasının XX turunun “Qəbələ” - “Sabah” oyununda “Qəbələ” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).
Misli Premyer Liqasının XX turunun “Qəbələ” - “Sabah” oyununda “Qəbələ” klubunun oyunçusu Ruan Renator ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə oyunçu 1 oyun cəzalandırılır və klub 200 manat cərimə olunur (maddə 47.1).
Misli Premyer Liqasının XX turunun “Qəbələ” - “Sabah” oyununda “Sabah” klubunun 5 oyunçusu sarı vərəqə ilə cəzalandırıldığına görə klub 800 manat cərimə olunur (maddə 39).
Misli Premyer Liqasının XX turunun “Neftçi” - “Zirə” oyununda “Zirə” klubunun oyunçusu Donald Geryenin ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığına görə oyunçu 1 oyun cəzalandırılır və klub 200 manat cərimə olunur (maddə 47.1).
|