 Peşəkar Futbol Liqasının region futboluna dəstək məqsədiylə həyata keçirdiyi layihə davam etdiriləcək. İdman jurnalistlərinin böyük marağına səbəb olmuş, bölgələrdə futbolun işıqlandırılmasında müstəsna əhəmiyyətə malik layihə geridə qalan müddətdə azarkeşlərin, media subyektlərinin, futbol ictimaiyyətinin – hər kəsin diqqətini cəlb etmişdir. Bunu nəzərə alan Peşəkar Futbol Liqasının idarə heyəti mövsümün ikinci yarısında da layihənin davam etdirilməsinə - idmanla bağlı media nümayəndələrinin regionlara səfərlərinə maddi yardım göstərilməsinə qərar vermişdir.
|