![](uploads/22805sss.jpg) “Kəpəz” Azərbaycan Kubokunda 10-cu səfər heç-heçəsinə imza atıb. Gəncə təmsilçisi 1/4 finalın cavab oyununda “Turan Tovuz”la sülhə imza atıb – 2:2. Bu, komandanın rəqib meydanındakı 51-ci matçına təsadüf edib. “Kəpəz” kubokun tarixində səfərdə 10 və daha çox heç-heçə edən 5-ci komandadır. “Neftçi” (19), “Qarabağ” (18), “Şamaxı” (12) və “Bakı” (11) daha çox sülhə nail olub. Qeyd edək ki, “Kəpəz”in rəqib meydanındakı ilk heç-heçəsi 1993-cü il mövsümünün 1/32 finalında gerçəkləşib. “Nicat”la Bakıdakı matçda məhsuldar sülh qeydə alınıb – 2:2.
|