İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
Misli Premyer Liqasının XV turunun “Neftçi” – “Səbail” oyununda “Səbail” klubunun 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilir (maddə 39.); Misli Premyer Liqasının XV turunun “Şamaxı” – “Kəpəz” oyununda “Şamaxı” klubunun 5 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilir (maddə 39.); “Kəpəz” klubunun 6 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə edilir (maddə 39.).
|