“Neftçi” Misli Premyer Liqasının XV turunda “Səbail”lə qarşılaşıb. “Ağ-qaralar” ev oyununda 3:1 hesablı qələbə qazanıb. Bu, paytaxt təmsilçisinin ölkə çempionatlarında 3 və ya daha çox qol vurduğu 200-cü matç olub. “Neftçi” bu yubileyə 868-ci qarşılaşmasında çatıb. Bakılılar ən azı 3 qol vurulan matçların sayında mütləq rekordçudur. Qeyd edək ki, paytaxt təmsilçisi bu 200 oyundan 109-da üçdən çox, 91-də üç top vurmağı bacarıb.
|