 Gələn həftə Azərbaycan Kubokunda 2022/23 mövsümünə start veriləcək. 1/8 finalın oyunları iki günü əhatə edəcək. Peşəkar Futbol Liqası üz-üzə gələcək cütlərin ölkə kuboku tarixindəki əvvəlki oyunlarının balansını təqdim edir.
Azərbaycan kuboku
1/8 final
22 noyabr
“Qəbələ” – “Araz-Naxçıvan” – indiyədək qarşılaşmayıblar
MOİK - “Səbail” – indiyədək qarşılaşmayıblar
“Şamaxı” - “Turan Tovuz” – 1 oyun, +1=0-1 top fərqi 3-1
Komandaların yolları indiyədək yalnız bir dəfə kəsişib. 7 il əvvəlki görüşdə hər iki tərəf qol vurub və qələbəni indiki “Şamaxı” qazanıb.
2015/16
|
1/8 final
|
Turan Tovuz - İnter (Bakı)
|
1:3
|
23 noyabr
“Sabah” – “Qaradağ Lökbatan” – indiyədək qarşılaşmayıblar
“Mingəçevir” - “Zirə” – indiyədək qarşılaşmayıblar
“Kəpəz” - “Sumqayıt” – indiyədək qarşılaşmayıblar
|