27.07.2024
   |    aze    |    rus    |    eng    
Slide 1

Klublarımız Konfrans Liqasında: 2 qələbə, 1 məğlubiyyət

Slide 1

“Qarabağ” Çempionlar Liqasına qələbə ilə başladı

Slide 1

Klublarımızın avrokuboklardakı potensial rəqibləri müəyyənləşib

Slide 1

Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib

Slide 1

2024/25 mövsümü Azərbaycan Premyer Liqası və Azərbaycan Kubokunun təqvimi

Slide 1

“Zirə” Avropa Liqası ilə vidalaşdı

Slide 1

II Liqada 14-cü komanda müəyyənləşdi

   9 qolun gətirdiyi 9 məqam: “Neftçi” və Kanalesin şousu      2012-11-19

Topaz Premyer Liqasının XIII turunun ilk oyununda “Neftçi” “Sumqayıt”ı 8:1 hesabı ilə məğlub etdi. Qarşılaşmada vurulan 9 qol 9 məqamla əlamətdar oldu.

Yeni stadion

Çempion ev oyununu 8-ci kilometr stadionunda keçirdi. Bu, yeni inşa olunmuş arenada ilk çempionat matçı idi. Bununla da cari mövsüm Topaz Premyer Liqasının matçlarını qəbul edən arenaların sayı 14-ə çatdı.

Bunadək Bakıda 7 stadion – Tofiq Bəhramov adına stadionu, "Bakı"nın bazası, AZAL Arena, Bakıxanov qəsəbə stadionu, Dalğa Arena, “Şəfa” və Bayıl Arena, həmçinin Gəncə, Qəbələ, Lənkəran, Sumqayıt, Tovuz və Zaqatalada Topaz Premyer Liqası klubları meydana çıxmışdılar.

Mövsümün ən məhsuldar oyunu

9 qolun vurulduğu qarşılaşma mövsümün ən məhsuldar oyunu oldu. Bununla da sentyabrın 16-da baş tutan AZAL – “Qarabağ” matçındakı rekord qırıldı. Həmin matçda 8 qol vurulmuşdu və bakılılar 6:2 hesabı ilə qalib gəlmişdi.

Sonuncu dəfə ən azı 9 qolun vurulması bu il martın 7-də qeydə alınıb. Həmin gün AZAL 6:3 hesabı ilə “Sumqayıt”a qalib gəlmişdi.

Ümumilikdə isə ölkə çempionatlarının 20 illik tarixində 37-ci dəfə 1 oyunda 9 və daha çox qol vuruldu.

Mövsümün ən fərqli qələbəsi

“Neftçi” 7 top fərqi ilə qalib gələrək mövsümün ən böyükhesablı qələbəsini qazandı. Bunadək rekord “Qarabağ”a məxsus idi. Ağdamlılar avqustun 19-da elə indi uduzan “Sumqayıt”ı 5 top fərqi ilə üstələmişdi – 6:1. “Neftçi”dən fərqli “Qarabağ” bunu səfərdə  gerçəkləşdirmişdi.

Sonuncu dəfə 2008-ci il noyabrın 22-də ən azı 7 top fərqilə qələbə qeydə alınıb. Həmin gün “Bakı” “Turan”ı 7:0 hesabı ilə məğlub edib.

Ümumilikdə isə 20 illik çempionatlar tarixində 45-ci dəfədir ki, bir komanda 7 və daha çox fərqlə qalib gəlir.

“Bakılı”dan sonra bunu bacaran olmamışdı

“Neftçi” cari mövsümdə 1 oyuna ən çox qol vuran komanda oldu. 8 qol vuran bakılılar “Qarabağ” və AZAL-a məxsus rekordu 2 top yaxşılaşdırdı. “Qarabağ” avqustun 19-da “Sumqayıt”a 6 qol vurub, sentyabrın 16-da AZAL-dan 6 qol buraxıb.

1 oyunda 8 qol vuran sonuncu komanda “Bakılı” idi. 2003-cü il noyabrın 15-də paytaxt futbolçuları Sumqayıtın digər klubu “Xəzər”i 8 qolla məyus etmişdi – 8:2.

20 illik çempionatlar tarixində ümumilikdə 35-ci dəfədir ki, hansısa komanda 1 oyuna 8 və ya daha çox qol vurur.

“Sumqayıt” üçün qara tarix

Sonuncu dəfə avqustun 26-da böyük hesabla uduzan “Sumqayıt” Qəbələdə eyniadlı komandaya 1:4 hesabı ilə yenildikdən 82 gün sonra eyni aqibətə üzüldü. Lakin klub tarixində 11-ci böyükhesablı olan nəticə ən acınacaqlı oldu. 

İlk dəfə 7 top fərqilə uduzan “Sumqayıt” 1 oyunda 8 qol buraxmamışdı. “Neftçi”yədək “Gənclik şəhəri” təmsilçisi ən pis halda 6 dəfə üzülmüşdü.

“Neftçi” 14 ildən sonra

Tarixində 9-cu dəfə ən azı 7 top fərqilə qalib gələn “Neftçi” sonuncu dəfə 12 il əvvəl bunu bacarmışdı. Ötən əsrin sonlarında 2000-ci il sentyabrın 9-da “Neftçi” Naxçıvan “Araz”ını 7:0 hesabı ilə məğlub etmişdi.

“Neftçi”nin 8 və ya daha çox qol vurduğu son matç isə daha əvvəl – 1998-ci il dekabrın 7-də olub. 14 il öncə “ağ-qaralar” “Şahdağ”ın qapısından 11 qol keçirib – 11:0.

Ümumilikdə isə bakılılar 6-cı dəfə 8 və ya daha çox qol vurdu.

Mövsümün 2-ci, tarixdə 35-ci

Cari mövsümdə 2-ci dəfə 1 futbolçu 4 qola imza atdı. “Neftçi”nin hücumçusu Nikolas Kanales AZAL-ın braziliyalı legioneri Junior Nildodan sonra poker müəllifi olan 2-ci futbolçu kimi tarixə düşdü. Nildo sentyabrın 16-da “Qarabağ”ın qapısına 4 qol vurmuşdu.

2004/05 mövsümündən sonra ilk dəfə 1 mövsümdə 1-dən artıq poker qeydə alındı. Ümumilikdə isə 20 illik çempionatlar tarixində 35-ci dəfə poker gerçəkləşdi.

7-ci legioner

Kanales Azərbaycan çempionatlarında pokerə imza atan ilk çilili olmaqla yanaşı bunu bacaran 7-ci legioner kimi tarixə düşdü. 2004/05 mövsümündə İssa Nikiema (Gənclərbirliyi), Mixail Xutsişvili (Kəpəz), Fernando Peres (Bakı), 2007/08 mövsümündə Vitali Balamestnı (Qəbələ), 2008/09 mövsümündə İvan Svetkov (Xəzər-Lənkəran), cari çempionatda isə Kanalesə qədər Junbior Nildo (AZAL) 1 oyunda 4 qol vurmuşdu.

Nazim Əliyevin davamçısı

Nikolasa qədər “Neftçi”nin cəmi 2 futbolçusu çempionatda poker etmişdi. 1992 mövsümündə Samir Ələkbərov iki dəfə, Nazim Əliyev isə 1994/95 və 1995/96 mövsümlərində bunu bacarmışdı. Bu 2 futbolçunun 4 pokerindən sonra 17 il idi ki, bakılıların futbolçuları 1 matçda 4 qol vurmurdu. 1995-ci sentyabrın 10-da OİK-lə ev oyununda (5:1) 4 qol vuran Əliyevdən sonra Kanales bunu bacardı. O, klubun Azərbaycan çempionatlarında 5-ci pokerini gerçəkləşdirib, buna nail olan ilk legioner və 3-cü futbolçu oldu.

   Turnir cədvəli
1 Araz-Naxçıvan 0 0
2 Qarabağ 0 0
3 Kəpəz 0 0
4 Neftçi 0 0
5 Sabah 0 0
6 Səbail 0 0
7 Sumqayıt 0 0
8 Şamaxı 0 0
9 Turan Tovuz 0 0
10 Zirə 0 0
Ətraflı
1 Qəbələ 0 0
2 Zaqatala 0 0
3 MOİK 0 0
4 Qaradağ Lökbatan 0 0
5 Mingəçevir 0 0
6 İmişli 0 0
7 Baku Sportinq 0 0
8 Difai Ağsu 0 0
9 Cəbrayıl 0 0
10 Karvan 0 0
Ətraflı
Xəbər arxivi
« İyul 2024 »
1 2 3 4 5 6 7
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 2627 28
29 30 3101020304
05060708091011
Press reliz
08.05.2024
“Peşəkar Futbol Liqası”, “YAŞAT” Fondu və “Badamlı” şirkəti arasında müqavilə imzalanıb
08.05.2024
Peşəkar Futbol Liqası və “YAŞAT” Fondu arasında anlaşma memorandumu imzalanıb
04.03.2024
“Uşaqlar Nəfəsimizdir” sosial idman layihəsi həyata keçirilib
28.08.2023
I Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
28.08.2023
II Liqada 2023/2024-cü illər mövsümünün təqvimi
02.08.2023
“Misli” Premyer Liqaya sponsorluğunu davam etdirəcək
Sorğu
Misli Premyer Liqasında favoritiniz hansıdır?
Araz-Naxçıvan
Səbail
Sumqayıt
Qarabağ
Neftçi
Zirə
Qəbələ
Sabah
Kəpəz
Turan Tovuz
> Nizamnamə
Struktur
> Xəbərlər
> Misli Premyer Liqası
Əsasnamə
Turnir cədvəli
Təqvim
Klublar
InStat Football icmal
> Əvəzedicilər
Turnir cədvəli
Klublar
Təqvim
> Azərbaycan kuboku
Təqvim
> I Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> II Liqa
Turnir cədvəli
Təqvim
Klublar
> Multimedia
Fotoqalereya
Video
PFL-in himni
> Arxiv
1993
1993/1994
1994/1995
1995/1996
1996/1997
1997/1998
1998/1999
1999/2000
2000/2001
2001/2002
1992
2003/2004
2004/2005
2005/2006
2006/2007
2007/2008
2008/2009
2009/2010
2010/2011
2011/2012
2012/2013
2013/2014
2014/2015
2015/2016
2016/2017
2017/2018
2019/2020
2018/2019
2021/2022
2020/2021
2022/2023
2023/2024
> Əlaqə
Bütün müəllif hüquqları Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qorunur. Saytda
yerləşdirilən hər hansısa məlumatdan istifadə zamanı istinadın qeyd olunması vacibdir.

2004-2008 © Peşəkar Futbol Liqası Saytdan istifadə zamanı hər hansısa bir texniki problemlə
rastlaşdığınız zaman [email protected] vasitəsilə əlaqə saxlayın
Lider Advertising
Cəmi HIT sayı: web counter
Cəmi HOST sayı: